SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
“Bank BTB”də 3 milyon manata yaxın gözlənilməz xərc

“Bank BTB”də 3 milyon manata yaxın gözlənilməz xərc

  • 25 avqust 2025, 10:32

Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 2-nin gözlənilməz gəlirləri, 1-nin isə gözlənilməz xərcləri olub.

Yurd.Media-nın araşdırmasına görə, gözlənilməz gəlirlərlə üzləşmiş banklar “Bank Avrasiya” və “Zıraat Bank Azərbaycan”dır. Onların bu cür gəlirləri müvafiq olaraq 0,4 milyon manat və 1 min manat təşkil edib.

“Bank VTB” isə 2,8 milyon manat gözlənilməz xərcə düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə “Bank Avrasiya”nın gözlənilməz gəlirləri 17,5 dəfə, “Bank BTB”nin gözlənilməz xərcləri isə 1,6% artıb.

“Zıraat Bank Azərbaycan” isə ötən ilin eyni dövründə gözlənilməz gəlirlərə və yaxud xərclərə malik olmayıb. Odur ki, onun bu kateroriya üzrə maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Prime Leasing
SPE Annual Caspian