SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Baku Steel Construction” ötən il 27 min manat zərər edib

“Baku Steel Construction” ötən il 27 min manat zərər edib

  • 11 avqust 2026, 10:51

“Baku Steel Construction” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 27 min manat zərər edib (əvvəlki ili 20,9 min manat xalis mənfəətlə başa vurmuşdu).

Bu ilin əvvəlinə “Baku Steel Construction”ın aktivləri ötən ilin əvvəlinə nisbətən 0,6% az – 4,4 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 2,4 milyon manat (dəyişməyib), balans kapitalının çatışmazlığı isə 2 milyon manat (1,4% az), o cümlədən nizamnamə kapitalı 4,5 milyon manat (dəyişməyib) olub.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,5 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir. Şirkətin direktoru Anar Əliyevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları