"Atəşgah Həyat Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 8,65 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% çoxdur.
Bu ilin iyulun əvvəlinə "Atəşgah Həyat Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 3,8% çox – 145,1 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 124,5 milyon manat (3,8% çox), balans kapitalı isə 20,6 milyon manat (3,9% çox), o cümlədən nizamnamə kapitalı 6,5 milyon manat (dəyişməyib) olub.