"İpək Yolu Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,75 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.
Bu il iyulun əvvəlinə "İpək Yolu Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 5% çox - 20,2 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 5 milyon manat (27,3% çox), balans kapitalı isə 15,2 milyon manat (0,8% az), o cümlədən nizamnamə kapitalı 14,8 milyon manat (dəyişməyib) olub.