SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs olunub - FOTO

Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs olunub - FOTO

  • 20 sentyabr 2025, 12:11
Zərdab

Zərdabda kriminal həyat tərzinin təbliği və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Yurd.Media xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan əvvəllər məhkum olunmuş Rafiq Qurbanzadə saxlanılıb.

Ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, R.Qurbanzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha 5 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

Prime Leasing