SÜJET
Goranboyda bıçaqlanma hadisəsində yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb.
Yurd.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 24.05.2025-ci il tarixində saat 02:25 və 13:20-də 2 nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1985-ci il təvəllüdlü şəxsə kürək və bel nahiyəsinin kəsilmiş yarası, 1987-ci il təvəllüdlü şəxsə isə sol boyun nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin edilib.
Hər iki şəxsə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.
***16:44
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.