SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəmkirdə oğul atasını öldürüb dərəyə atdı - FOTO

Şəmkirdə oğul atasını öldürüb dərəyə atdı - FOTO

  • 26 yanvar 2026, 22:14
Şəmkir

Şəmkirdə dərədən meyti tapılan şəxs qətlə yetirildiyi məlum olub, cinayətdə oğlu şübhəli bilinir.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığında olan dərədə onun meyiti aşkar olunub.

Aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun yeniyetmə oğlu şübhəli bilinir. O, daha sonra hadisə yerindən qaçıb. Hazırda onun axtarışları davam etdirilir. 

Məlumata görə, qətlə yetirilən Arif Nəbiyev uzun müddət Rusiyada yaşayan biri olub. O bir neçə gün öncə itkin düşüb. Bu gün isə onun dərədən meyti tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən isə onunla birgə Azərbaycana qayıdan Rusiyada dünyaya gələn oğludur. Kənd sakinləri hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin Rusiyaya qaçdığını bildiriblər. Hüquq mühafizə orqanlarının əməkdaşları onun barəsində axtarış elan ediblər.

Faktla bağlı araşdırma aparılır.

qətlə yetirilən Arif Nəbiyevqətlə yetirilən Arif Nəbiyev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları