İşğaldan azad olunan Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi ərazisində bir manatdan qumar oynayan şəxslər saxlanılıb.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, qəsəbənin sakinləri, 1984 və 1995-ci il təvəllüdlü Muğur, Fərid, Cavid və Qaryağdı adlı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və işə ayrı-ayrılıqda məhkəmədə baxılıb.
Məlum olub ki, Cavid Qırmızı Bazar qəsəbəsi ərazisində yerləşən icarə əsasında işlətdiyi obyektdə Muğur, Fərid və Qaryağdı adlı şəxslərlə qumar oynayıb.
Onlardan 18 ədəd 1 manat, 2 ədəd 5 manat, 36 ədəd oyun kartı götürülüb. Məhkəmənin hökmü ilə onların hər biri ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3 000 manat məbləğində inzibati qaydada cərimə ediliblər.