Goranboy və Göygöl rayonlarında bıçaqlanma hadisələrinin səbəbkarları saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, aprelin 16-da axşam saatlarında Goranboy rayonunda kəsici-deşici alətlə xəsarət yetirilməsi ilə bağlı hadisə nəticəsində rayon sakini, 34 yaşlı P. Əsgərova xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı rayon sakini Muraz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində də kəsici-deşici alətlə xəsarət yetirmə faktı üzrə şübhəli şəxs saxlanılıb.
Belə ki, 27 yaşlı E. Mustafayevə xəsarət yetirməkdə şübhəli bilinən 28 yaşlı T. Allahverdiyev polis əməkdaşları tərəfindən tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.