SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Evində narkotik satan şəxs həbs olundu - VİDEO

Evində narkotik satan şəxs həbs olundu - VİDEO

  • 30 yanvar 2026, 10:52
Qazax

Qazaxda evində narkotiklər satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbirlərlə 54 yaşlı, əvvəllər məhkum olunmuş Amil Eminov şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqram müxtəlif növdən olan narkotik vasitə, psixotrop tərkibli həblər və  elektron tərəzi aşkarlanıb. Dindirilmə zamanı A.Eminov narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları