SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Usta işlədiyi evdən dollarları oğurlayıb yerinə saxtasını qoydu

Usta işlədiyi evdən dollarları oğurlayıb yerinə saxtasını qoydu

  • 20 dekabr 2025, 20:13
Bakı

Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, həmin evdə usta kimi işləyən şəxs ev sahibinin çantasından 1450 manat və 4 min 300 dollar oğurlayıb. O, törətdiyi əməli ört-basdır etmək üçün çantaya oğurladığı maddi vəsait miqdarında saxta əskinaslar qoyub. Bu barədə 65 yaşlı zərərçəkən polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları