SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Sumqayıtda yeniyetmə 51 yaşlı kişini bıçaqladı

Sumqayıtda yeniyetmə 51 yaşlı kişini bıçaqladı

  • 24 sentyabr 2025, 20:56
Sumqayıt

Sumqayıtda yeniyetmə 51 yaşlı kişini bıçaqladı.

Yurd.Media xəbər verir ki, 2010-cu il təvəllüdlü Atakişiyev Rafət İlqar oğlu 1974-cü il təvəllüdlü Yunusov Vüqar Şövkət oğluna bıçaqla xəsarət yetirib.

Hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Bud-çanaq oynağının açıq yarası diaqnozu təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Araşdırmalar davam etdirilir.

Prime Leasing