SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Sumqayıtda 3 nəfərdən 13 kiloqram marixuana aşkarlandı

Sumqayıtda 3 nəfərdən 13 kiloqram marixuana aşkarlandı

  • 09 yanvar 2026, 23:52
Sumqayıt

Saray qəsəbə sakinlərindən 13 kiloqrama yaxın narkotik maddə aşkarlandı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.

Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları