SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Dayısını qətlə yetirən şəxsə hökm oxunub

Dayısını qətlə yetirən şəxsə hökm oxunub

  • 24 aprel 2026, 17:17
Bakı

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Yurd.Media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 19 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Rəhim Qasımov 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun dayısının yaşadığı evə gələrək bıçaqla xəsarət yetirməklə Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları