SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəmkirdə qadını ofisiant işlədiyi kafenin qarşısında qardaşı bıçaqladı

Şəmkirdə qadını ofisiant işlədiyi kafenin qarşısında qardaşı bıçaqladı

  • 25 noyabr 2025, 23:58
Şəmkir

Şəmkir sakini bacısını bıçaqladı.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1990-cı il təvəllüdlü Minayə Nəbiyeva mübahisə zəminində bıçaqlanıb.

Ona bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən isə qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Musayevdir.

Qeyd edək ki, hadisə zərərçəkən şəxsin ofisiant işlədiyi kafenin qarşısında olub.

N.Musayev saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları