SÜJET

Bank Ramazan 2026 Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Tovuzda naqil oğruları və silah gəzdirən şəxs saxlanıldı- VİDEO

Tovuzda naqil oğruları və silah gəzdirən şəxs saxlanıldı- VİDEO

  • 16 mart 2026, 16:08
Tovuz

Tovuzda naqil oğruları və silah gəzdirən şəxslər müəyyənləşdirilib. 

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 51 yaşlı Heydər Haqverdiyev saxlanılıb. Ondan "Makarov" tapançası, həmin silaha aid sandıqca və 3 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində strateji obyektləri elektrik enerjisi ilə təmin edən naqilləri talamaqda şübhəli bilinən Faiq Kərimov, Nurlan İbrahimov və İlham Hüseynov saxılanılıblar.

Onların naqilləri metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları