İmtahan nəticələrinə təsir göstərməkdə təqsirli bilinən təhsil eksperti Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
Yurd.Media xəbər verir ki, Gəncə şəhər Məhkəməsində keçirilən növbəti məhkəmə prosesində digər şahidlər dindirilib.
Məhkəmə zamanı Kamran Əsədov və hüquqlarını müdafiə edən vəkil hakimdən onun səhhətində yaranmış problemləri və övladının autizim xəstəsi olmasını nəzərə alaraq ona verilən həbs qətimkan qərarını ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Lakin vəsatət təmin edilməyib.
Növbəti məhkəmə prosesi aprelin 9-na təyin edilib.
