SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Səkkiz bıçaq zərbəsi ilə atasını qətlə yetirdi - TƏFƏRRÜATLAR

Səkkiz bıçaq zərbəsi ilə atasını qətlə yetirdi - TƏFƏRRÜATLAR

  • 23 oktyabr 2025, 18:38
Bakı

"Oğlum yatmışdı, səsə ayılıb atasına sakit olmasını dedi. O isə aşağı düşüb dəmir parçasını götürərək oğlunu döyməyə başladı..."

Yurd.Media Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə iclasında bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anası Arzu Əmirova şahid qismində ifadə verib.

O bildirib ki, mərhum həyat yoldaşı spirtli içki və narkotik maddə aludəçisi olub:

"Hadisə baş verən gün yoldaşım evdə səs-küy saldı. Oğlum Murad yatmışdı, səsə ayılıb atasına sakit olmasını dedi. Nizami isə aşağı düşüb dəmir parçasını götürərək Muradı döyməyə başladı. Oğlumun başı qan içində idi. Bundan sonra Murad mətbəxdən bıçağı götürüb atasına zərbələr endirdi".

İstintaq materiallarına əsasən, Murad Əmirov atasına səkkiz bıçaq zərbəsi vurub. Nizami Əmirov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə 2023-cü ilin may ayında Yasamal rayonu, Rahib Tağıyev küçəsində baş verib. 1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atasını ailədaxili mübahisə zəminində qətlə yetirməkdə təqsirləndirilir.

Murad Əmirov hadisədən sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Prime Leasing