SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Samuxda heroin satmaq istəyən belə ələ keçirildi - VİDEO

Samuxda heroin satmaq istəyən belə ələ keçirildi - VİDEO

  • 21 yanvar 2026, 10:18
Samux

Polis Samuxda əməliyyat keçirib, heroin, həşiş və qurudulmuş marixuana satmaq istəyən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35 yaşlı Səməd Əliyev tutulub.

Onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotik vasitələri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları