İrandan gətirilən yükdə 304 bağlamada həşiş aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Yurd.Media bildirilib ki, Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
"Astara" gömrük postunda "qarpız" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri "qarpız" yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.