Bakının Yasamal rayonunda silsilə oğurluqlar faktı qeydə alınıb. Ayrı-ayrı vaxtlarda 3 mağazadan 2076 manat nağd pul və 2760 manat dəyərində tütün məmulatları naməlum şəxs tərəfindən oğurlanıb.
Yurd.Media-nın məlumatına görə, bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.
Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.