Azərbaycanda interyer və eksteryer dizayn studiyası kimi fəaliyyət göstərən “Plan A” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinin ölkədən çıxışına "Stop" qoyulub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, buna səbəb MMC-nin beton, qum satışı ilə məşğul olan "Keran Group" şirkətinə 20 min manata yaxın borcunun qaytarmamasıdır.
Belə ki, “Keran Group” borc mübahisəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsi ilə “Plan A” şirkəti tərəfindən 19 747 manat məbləğində vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasına nail olub.
Nəsimi Rayon İcra Şöbəsi borclunun hesabları üzərinə həbs qoyulması haqqında qərarına əsasən banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə, 21 129 manat həcmində həbs qoyulmasına baxmayaraq borcludan cəmi 1 382 manatın alınmasına nail olunub.
Nəsimi Rayon İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edib, məcburi icra tədbiri kimi borclunun qanuni nümayəndəsi – borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş edib. Bakı Kommersiya Məhkəməsi Nəsimi Rayon İcra Şöbəsi tərəfindən verilmiş borclu hüquqi şəxsin qanuni təmsilçisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilib.