SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

  • 30 avqust 2025, 11:31
Naxçıvan

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 40-a yaxın şəxsi aldadaraq ümumilikdə 35000 manat vəsaiti ələ keçirən, Naxçıvan şəhər sakini, 37 yaşlı Mürsəl Nuriyev saxlanılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyi vədi ilə vətəndşaları aldatdığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

M.Nuriyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Prime Leasing