Dünən səhər saatlarında "Xəzər Xəbər"in "WhatsApp" qaynar xəttinə müraciət edən 53 yaşlı Əminə Məlikova bir neçə saat sonra qaynı tərəfindən öldürülüb.
Yurd.Media xəbər verir ki, bununla bağlı televiziyanın əməkdaşı sosial mediada paylaşıb:
"Bu gün səhər “Xəzər Xəbər”in "Whatsapp" nömrəsinə Saray qəsəbəsindən şikayət gəldi. 53 yaşlı Əminə Məlikova 58 yaşlı qaynı Pərviz Məlikovun mülkə görə onu dəfələrlə hədələdiyini, hətta evini dağıtdığını dedi, çəkiliş olunmasını, məsələnin ictimailəşdirilməsini istədi".
Qeyd edib ki, çəkiliş qrupu ünvana çatdıqda artıq bədbəxt hadisə baş vermişdi:
"Çəkiliş üçün vaxt və yer təyin edildi. Əməkdaşlarımız həmin ünvana çatanda isə dəhşətli görüntü ilə üzləşdilər. Həmin xanım artıq öldürülmüşdü. Hadisəni törətməkdə də sözügedən qaynı şübhəli bilinir".