Bakıda 5000 manatlıq dekorativ dəmir məhsulları oğurlanıb.
Yurd.Media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus 4300 nağd pul və 5000 manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.
Qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R.Məmmədov və 50 yaşlı V.Mustafayev Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıblar.
Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakini olan bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Şirinov da tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.