SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Müğənni Rəqsanə həbs olunub

Müğənni Rəqsanə həbs olunub

  • 16 avqust 2025, 18:44

Müğənni Rəqsanə İsmayılova həbs olunub.

Yurd.Media xəbər verir ki, o, dələduzluqda təqsirli bilinir.

Vətəndaşların şikayəti əsasında Sabunçu rayonunun polis əməkdaşları tərəfindən saxlanılan 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı iki nəfər zərərçəkənin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyaları və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinir.

Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə" maddəsi üzrə cinayət işi başlanılıb.

R.İsmayılova təqsirləndirilən şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a məlumatı təsdiqləyiblər.

Prime Leasing