SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Masallıda kişi öz arvadı, qayınanası və baldızını güllələyib

Masallıda kişi öz arvadı, qayınanası və baldızını güllələyib

  • 29 iyun 2025, 09:08
Masallı

Masallı rayonu Xoşçobanlı kəndində kişi öz arvadı, qayınanası və baldızını güllələyib.

DİN-in Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev ötən gecə saat 04 radələrində qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.

A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.

Prime Leasing