SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Kür çayında Aytacdan sonra daha bir meyit tapıldı

Kür çayında Aytacdan sonra daha bir meyit tapıldı

  • 15 may 2025, 11:54

Tiflisdə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb.

Yurd.Media APA-ya istinadla xəbər verir ki, məlumatı Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, axtarışlar nəticəsində mayın 14-də baş vermiş avtomobil qəzası ilə əlaqəli olmayan daha bir meyit aşkarlanıb. Xilasedicilər çaya düşmüş avtomobilin 2 sərnişinin meyitlərini də tapıblar.

Qeyd edək ki, xilasedicilər ötən gün axtarışlar zamanı Ortaçala SES yaxınlığında naməlum qadın meyiti aşkarlayıblar. Tibbi ekspertiza nəticəsində onun Qardabani rayonunun Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın olduğu məlum olub.

Avtomobil qəzası nəticəsində itkin düşmüş daha bir şəxsin axtarışları davam etdirilir.