SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Tərtərdə dəhşətli cinayət - Gəlinini namus üstündə ÖLDÜRDÜ - YENİLƏNİB

Tərtərdə dəhşətli cinayət - Gəlinini namus üstündə ÖLDÜRDÜ - YENİLƏNİB

  • 13 may 2025, 13:13
Tərtər

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Yurd.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***11:55

Tərtər rayonunun Poladlı kəndinin sakini Şəhriyar Hüseynov gəlinini qətlə yetirib.

Yurd.Media xəbər verir ki, Modern.az-ın məlumatına görə, hadisə bu gün səhər baş verib.

35 yaşlı Hafizə Rzayeva bıçaqla öldürülüb.

Məlumata görə, Şəhriyar Hüseynovun oğlu Bakıda işləyir, gəlini iki uşağı ilə birlikdə onunla yaşayırmış.

Cinayətin namus üstündə baş verdiyi bildirilir. Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.