SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Kiberdələduzlar bayram günlərində aktivləşiblər

Kiberdələduzlar bayram günlərində aktivləşiblər

  • 02 yanvar 2026, 17:14

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "WhatsApp", "Telegram" və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var:

"Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir. Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər".

Məlumatda vurğulanıb ki, hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları