SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Gənc oğlan satıcını hədələyib kassadakı pulu aldı - VİDEO

Gənc oğlan satıcını hədələyib kassadakı pulu aldı - VİDEO

  • 12 iyun 2026, 10:31
Goranboy

Goranboy rayonunda gənc oğlan marketdə satıcını hədələyərək kassadakı pulu ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Goranboy rayonu ərazisində yerləşən marketlərdən birinə daxil olan naməlum maskalı şəxs satıcıya kəsici alətlə hədə-qorxu gələrək kassada olan 410 manatı ələ keçirib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev müəyyən edilərək saxlanılıb. Həmin şəxsin marketə daxil olması, kassadakı pulu ələ keçirməsi və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları