SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Goranboyda iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum oldu - YENİLƏNİB

Goranboyda iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum oldu - YENİLƏNİB

  • 25 iyul 2025, 11:18
Goranboy

Goranboyda iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qətlə yetirilən qadınlardan biri Goranboy rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində sahə rəisi vəzifəsində çalışıb və hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, 15 yaşlı oğulla, anası 1978-ci il təvəllüdlü Lalə İsmayılova arasında dəfələrlə qısqanclıq zəminində mübahisə yaşanıb. Sonuncu mübahisə zamanı yeniyetmə öz anasına bıçaqla bir neçə dəfə zərbə endirərək onu qətlə yetirib.

Onları aralamağa çalışan 1948-ci il təvəllüdlü Tamella İsmayılova da nəvəsi tərəfindən bıçaqlanıb və hadisə yerində ölüb.

Qeyd edək ki, L.İsmayılova boşanıb və 2 oğlu ilə birgə ata evində qalırmış. O, uzun müddət Goranboy rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində sahə rəisi vəzifəsində çalışıb.

Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. 

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

*** 10:45

Goranboyda 15 yaşlı yeniyetmə anasını və nənəsini öldürüb.

Yurd.Media xəbər verir ki, bu barədə Goranboy rayon prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Prime Leasing