SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qazaxda 54 yaşlı kişidən 5 kiloqram marixuana aşkarlandı - VİDEO

Qazaxda 54 yaşlı kişidən 5 kiloqram marixuana aşkarlandı - VİDEO

  • 17 mart 2026, 10:47
Qazax

Qazaxda 54 yaşlı kişidən 5 kiloqram marixuana aşkarlandı.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbir zamanı əvvəllər məhkum olunmuş 54 yaşlı Vüsal Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Ondan ümumilikdə 5 kiloqram marixuana və digər növ narkotik vasitələr, həmçinin elektron tərəzi aşkarlanıb.

V. Abdullayev narkotikləri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları