Gəncədə bazarda qadın oğlu tərəfindən qətlə yetirilib.
Yurd.Media xəbər verir ki, hadisə "Gəncə" bazarında qeydə alınıb.
Belə ki, bazarda çalışan 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğlu 1982-ci il təvəllüdlü Ramin İsmayılovdur.
Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Cinayətin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
