SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mənzildən idarə olunan mərc şəbəkəsi ifşa edildi - VİDEO

Mənzildən idarə olunan mərc şəbəkəsi ifşa edildi - VİDEO

  • 28 avqust 2026, 16:37

Bakıda qanunsuz onlayn mərc fəaliyyəti ilə bağlı keçirilən əməliyyat zamanı daha üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan "Xbet", "MostBet" və "Vimpay" platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub.

Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənzildən idarə olunan mərc şəbəkəsi ifşa edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları