SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Dövlət Xidmətindən Temuya görə XƏBƏRDARLIQ

Dövlət Xidmətindən "Temu"ya görə XƏBƏRDARLIQ

  • 05 dekabr 2025, 21:17

“Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.

Bu barədə Yurd.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Məlumata görə, son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə “Telegram” vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.

 Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.

ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.

Prime Leasing
SPE Annual Caspian