SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Dəyəri 20 min manata çatan elektrik naqillərini oğurlayanlar ələ keçirildi - VİDEO

Dəyəri 20 min manata çatan elektrik naqillərini oğurlayanlar ələ keçirildi - VİDEO

  • 18 iyun 2026, 19:29
Abşeron

Dəyəri 20 min manata yaxın olan elektrik naqillərini oğurlayanlar tutulublar.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib.

Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Dəyəri 20 min manata çatan elektrik naqillərini oğurlayanlar ələ keçirildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları