Azərbaycanda ötən gün dələduzluq ittihamı ilə axtarışda olan 15 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, polis əməkdaşlarının mayın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.