SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Cibgirlik üstündə saxlanılan şəxsdən metamfetamin də aşkarlandı

Cibgirlik üstündə saxlanılan şəxsdən metamfetamin də aşkarlandı

  • 08 may 2026, 17:46
Bakı

Bakıda cibgirlik etdiyinə görə saxlanılan şəxsdən metamfetamin də aşkarıandı.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Bakının Sabunçu rayonunda avtobusda cibgirlik edən şəxs saxlanılıb.

Məlumata görə, Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatdan istifadə etdiyi zaman cibində olan mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən 48 yaşlı Adil Hüseynov müəyyən olunaraq saxlanılıb.

Həmçinin ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları