SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İstanbuldan 17 Iphone gizlin gətirmək istədi

İstanbuldan 17 "Iphone" gizlin gətirmək istədi

  • 13 avqust 2026, 18:03

İstanbuldan "Iphone"ləri gizlin gətirmək cəhdinin üstü açıldı.

Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib.

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn ölkə vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd "Iphone" markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları