İrandan düyünün içində Naxçıvana 2 milyon manat məbləğində qiymətləndirilən heroin keçirmək cəhdinin qarşısı alındı.
Naxçıvan Baş Gömrük İdarəsindən Yurd.Media-ya bildirilib ki, "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.
Yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.
Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub (Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının son hesabatına görə Azərbaycanda “qara bazar”da heroinin 1 kiloqramı 17-20 min manata satılır).
Faktla bağlı araşdırma aparılır.