Naftalanda əvvəllər məhkum olunmuş 3 nəfərin yenə narkotik becərmə və dövriyyəsi ilə məşğul olduğu aşkarlanıb.
Yurd.Media xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Rasim Məmmədov və 51 yaşlı Müfiq Nəbiyev saxlanılıblar. Onlardan 6 kiloqram narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Həyata keçirilən növbəti tədbir zamanı isə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Qurbanov da saxlanılıb. Onun həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.