SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlandı

Borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlandı

  • 15 avqust 2026, 13:28

Avqustun 14-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları