İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) heç bir bank, dövlət qurumu, mobil operator və ya mesajlaşma tətbiqi istifadəçidən SMS kodunu tələb etmir. Belə zənglər və mesajlar dələduzluq məqsədi daşıyır.
Bu barədə Yurd.Media-ya İKTA-dan bildirilib.
İKTA vətəndaşları aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:
- Cihazınıza göndərilən kodları (SMS, OTP) heç kimlə paylaşmayın;
- Şübhəli linklərə daxil olmayın və şəxsi məlumatları verməyin (xüsusən sizə e-maillə göndərilən və ya təkidlə məsləhət bilinən);
- SMS əvəzinə, tətbiq üzərindən ikifaktorlu təsdiqləməni aktiv edin (Two-Step Verification, push bildirişlər və s.);
- Cihazlarınıza (mobil telefon, planşet, kompüter) naməlum mənbələrdən tətbiqlər yükləməyin;
- Şübhəli fəaliyyət gördükdə dərhal bank və mobil operatorla əlaqə saxlayın.
Agentlik bəyan edir ki, təhlükəsizlik yalnız texniki vasitələrlə deyil, həm də sizin diqqət və davranışınızla təmin olunur. Şəxsi məlumatlarınızı qoruyun!"