SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Binəqədidə bıçaqlanma

Binəqədidə bıçaqlanma

  • 07 may 2025, 09:18
Bakı

Mayın 7-si saat 22:00 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğlu Binəqədi rayonunun Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 125 ünvanında sağ qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş deşilmiş xəsarətləri alıb.

Yurd.Media xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Cinayət Məcəlləsin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.