SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Təhlükəsizlik kameralarını sındıran yeniyetmələr tapıldılar

Təhlükəsizlik kameralarını sındıran yeniyetmələr tapıldılar

  • 29 may 2025, 12:52
Bakı

Bakıda təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirilib, ziyan ödətdirilib. 

Bu barədə Yurd.Media-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

"Əməli törədən dörd yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib".

Prime Leasing