Ağstafada sərxoş qonaq toydan 2 yaşlı uşağı oğurladı

Ağstafada sərxoş qonaq toydan 2 yaşlı uşağı oğurladı

  • 20 aprel 2025, 00:18
Ağstafa

Ağstafada polis toydan 2 yaşlı uşağı qaçıran şəxsi saxlayıb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, ötən gün Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb.

Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.