SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Ağcabədidə 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb

Ağcabədidə 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb

  • 05 iyul 2025, 19:02
Ağcabədi

Laçın Rayon Polis Söbəsinin əməkdaşlarının Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

Yurd.Media xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qətranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, həmin silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prime Leasing