Bərdədə qadın “TikTok”da mübahisə etdiyi oğlanı söhbətə çağırıb bıçaqladı

Bərdədə qadın “TikTok”da mübahisə etdiyi oğlanı söhbətə çağırıb bıçaqladı

  • 12 aprel 2025, 21:30
Bərdə

Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, xəsarət alan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.