SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Xurma ixracatçıları Rusiya bazarını Türkiyəyə dəyişir

Xurma ixracatçıları Rusiya bazarını Türkiyəyə dəyişir

  • 30 oktyabr 2025, 23:39

Bu il Rusiya bazarında xurmanın qiyməti əvvəlki illə müqayisədə 30-40 % aşağıdır. Bunun əsas səbəbi alıcılıq qabiliyyətinin zəifləməsidir. Son nəticədə Azərbaycanın xurma ixracatçıları Türkiyə bazarına yönəlib.

Yurd.Media xəbər verir ki, bunu  "Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əldə olunmuş yeni ticarət razılaşması xurma ixracatçıları üçün mühüm imkanlar yaradıb:

"İki ölkə arasında bağlanan sazişə əsasən, 15 adda məhsul gömrük rüsumundan azad şəkildə ticarət oluna bilər".

Bununla belə, onun sözlərinə görə, xurma ixracı yalnız Türkiyə ilə məhdudlaşmır: "Hazırda məhsul Ukrayna və Belarus bazarlarına da göndərilir. Bundan əlavə, ərəb və bəzi Avropa ölkələrinə də xurma ixracı nəzərdə tutulur. Yaxın illərdə Azərbaycan xurmasının ixrac coğrafiyası daha da genişlənəcək".

Azərbaycanda xurma 20-dən çox rayonda, o cümlədən Göyçay, Ağdaş, Tərtər və Zaqatalada yetişdirilir.

Azərbaycan bu il xaricə 34 milyon dollarlıq xurma ixrac edib.

Prime Leasing
SPE Annual Caspian